Ukraynalı jurnalist Diana Pançenko Almaniya hakimiyyətini Avropadan Ukraynaya köçürülən pulların hara getdiyini yoxlamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
O, kansler Olaf Şoltzun Almaniyanın Kiyevə yeni hərbi yardım etməyəcəyi barədə sözlərini şərh edib.
“Ukraynada əvvəlki xərclərin maliyyə auditini aparmaq lazımdır. Əminəm ki, bundan sonra Almaniya yalnız Zelenskiyə qarşı sanksiyalar tətbiq etmək istəyəcək”, – o yazıb.