25 Yanvar 01:35
237
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Belqrad hakimiyyəti Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək".

Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“Qərb və siyasi opponentlərimiz bizi 2000-ci ilə, tabe olduğumuz və seçim azadlığından məhrum olduğumuz, Serbiyanın maraqlarına uyğun qərarların verilmədiyi vaxta qaytarmağa çalışır. Demək istəyirlər ki, biz müstəqil ölkə olaraq qala bilmərik. Nə vaxt və kimə qarşı sanksiyalar tətbiq etdiyimizə nəzarət etmək istəyirlər. Amma bilirsiniz ki, mən Serbiyanın prezidenti olduğum müddətdə nə Rusiyaya, nə də digər müttəfiqlərimizə qarşı sanksiyalar tətbiq etməyəcəyəm”, - Vuçiç deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər