Britaniya veterinarları bildiriblər ki, it saxlamaq bəzən insana yük ola bilər və bu heç də həmişə xoşbəxtlik demək deyil.
Teleqraf.com xəbər verir ki, ekspertlər it saxlamazdan əvvəl ciddi-ciddi düşünməyi məsləhət görürlər.
O da qeyd olunur ki, heyvan saxlamaqla bağlı əsas problemlərdən biri də veterinar xidmətinin baha olmasıdır. Bundan başqa, itlə səyahətə çıxmaq da ciddi problemlər yaradır.
Veterinarlar iddia edir ki, bu amillər öz növbəsində it sahibində "narahatlıq, kədər və günahkarlıq hissi yarada, depressiya və ürək problemləri də daxil olmaqla, ciddi xəstəliklərə səbəb ola bilər".