25 Yanvar 11:45
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, Göygöl rayon sakini olan 1981-ci il təvəllüdlü E.Ramazanovun (şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

O, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə mühakimə olunub və təqsirli sayılıb.

Prokurorluğun apardığı ibtidai istintaq və məhkəmə araşdırması zamanı məlum olub ki, E.Ramazanov ailəsi ilə birlikdə Bakıda yaşayıb. Onun həyat yoldaşı mənzil-kommunal təsərrüfatında (JEK) çalışıb və hər gün səhər sübh tezdən işə gedib. Bundan sonra E.Ramazanov evdə olarkən qızı - 2007-ci il təvəllüdlü F.Ramazanovaya təcavüz edib. O, əməllərini 3 il ərzində - 2021-2024-cü illərdə mütəmadi formada həyata keçirib.

Yeniyetmə qız başına gələnləri sübut etmək üçün atası ilə danışığını lentə alıb və həmin səsyazısını hüquq-mühafizə orqanlarına təqdim edib.

Səsyazısından aydınlaşır ki, E.Ramazanov əməllərinə haqq qazandırmaq istəyib və təcavüz etdiyi qızını ələ almağa çalışıb, ona telefon alacağı vədini verib, şikayət etmək fikrindən daşındırmağa cəhd göstərib. Amma qız polisə şikayət edib.

Bundan sonra E.Ramazanov barəsində cinayət işi açılıb və o, həbs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər