Berlində 100 minə yaxın insan Almaniya üçün Alternativ (AfD) partiyasına qarşı nümayiş keçirmək üçün küçələrə çıxıb.
Teleqraf.com "Bild"ə istinadən xəbər verir ki, aksiya Brandenburq qapısında baş verib.
İştirakçılar əllərində şam və fənər tutublar. Onlar həmçinin ABŞ Prezidenti Donald Trampa və AfD-ni dəstəkləyən iş adamı İlon Maska etirazlarını bildiriblər.
Berlində keçirilən aksiyanın təşəbbüskarları “Campact”, “Valideynlər sağa qarşı” və “Gələcək üçün cümə günləri” hərəkatı ictimai təşkilatları olub. İştirakçılar əllərində “İrqçiliyə və nasizmə qarşı”, “AfD-yə yox”, “Bütün Berlin AfD-yə nifrət edir”, “Əgər sağçıları seçsən, 1933-cü il olacaq” və s. şüarlar yazılmış plakatlar tutublar.