Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orbana qarşı hədələrindən sonra Polşanın baş naziri Donald Tusku “Soros agenti” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Siyarto bunu Feysbuk hesabında yazıb.
Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk Macarıstan Baş naziri Viktor Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə ciddi nəticələrin olacağı ilə hədələyib.