26 Yanvar 01:45
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Televiziyası (AzTV) növbəti dəfə Rusiyanı sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, televiziya AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yeni süjet hazırlayıb.

"İmperialist Rusiyanın qanlı əlləri Azərbaycan üzərində... - qəza, yoxsa cinayət?" adlı süjetdə Moskvanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə toxunulub.

Qeyd olunub ki, Azərbaycanın tarixində olan bütün faciələrin ortaq nöqtəsi Rusiyadır. Bura XIX əsrdə Azərbaycanın parçalanması da daxildir.

Bildirilib ki, Rusiya zaman-zaman imzasına xilaf çıxıb. Kreml ermənilərin arxasında dayanaraq Azərbaycan və azərbaycanlılara qarşı cinayətlər, soyqırımılar törətdirib.

AzTV-nin süjetində vurğulanıb ki, Xocalıda dinc insanlara qarşı soyqırımı törədənlər arasında Rusiyaya məxsus 366-cı motoatıcı alay da vardı. Eyni zamanda, Ermənistan Moskvanın yardımı ilə Azərbaycan ərazilərini işğal etmişdi.

Həmin süjeti təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər