25 Yanvar 14:15
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Associated Press" (AP) ABŞ Prezidenti Donald Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı sərəncamı çərçivəsində öz nəşrlərində “Amerika körfəzi” adından istifadə etməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə AP-in vitse-prezidenti Amanda Barret açıqlama verib.

Barret sözlərinə görə, Trampın əmri ABŞ-yə aiddir, lakin Meksika və ya digər beynəlxalq təşkilatlara aid deyil.

“Meksika körfəzi 400 ildən artıqdır ki, bu ada malikdir və biz bunu istifadə edəcəyik”, -o qeyd edib.

Barret əlavə edib ki, AP dünya üzrə xəbərlər yayan qlobal agentlikdir və çoğrafi adların bütün auditoriya tərəfindən asanlıqla tanınmasını təmin etməlidir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər