Futbol üzrə İtaliya A Seriyasında XXII turun mərkəzi oyununda "Napoli" və "Yuventus" komandaları üz-üzə gəlib.
Teleqraf.com-un məlumatına görə, Neapoldakı "Dieqo Armando Maradona" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 43-cü dəqiqədə Turin komandasının yeni transferi Randal Kolo Muani açıb. O, debüt matçında fərqlənib.
57-ci dəqiqədə Andre Zambo Angissa bərabərlik, 69-cu dəqiqədə Romelu Lukaku qələbə topunu vurub.
Əzmkar qələbə sayəsində "Napoli" 53 xalla liderliyini möhkəmlədib. Çempionatda ilk məğlubiyyətini alan "Yuventus" isə 37 xalla 5-ci yerdə gedir.