26 Yanvar 00:28
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezident Donald Tramp Pentaqona əvvəlki ABŞ administrasiyasının İsrailə 2000 funt sterlinqlik (908 kq) bomba tədarükü ilə bağlı qadağasını ləğv etməyi əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" üç israilli mənbəyə istinadən məlumat yayıb.

"ABŞ anbarlarında saxlanılan 1800 MK-84 bombası yaxın günlərdə gəmiyə yüklənəcək və İsrailə təhvil veriləcək", - nəşr bildirib.

"Axios" xatırladır ki, keçmiş prezident Co Baydenin 2024-cü ilin mayında belə bomba partiyasının çatdırılmasını dayandırmaq qərarı ABŞ-İsrail münasibətlərində böhrana səbəb olub. O zaman keçmiş administrasiya Qəzza zolağının sıx məskunlaşdığı ərazilərdə MK-84-lərin istifadəsinin qarşısını almağa çalışırdı.


Müəllif: Arzu

Oxşar xəbərlər