Hərbi təyyarələr hər gün ABŞ-dən miqrantları deportasiya edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Sərhəd Təhlükəsizliyi Nəzarətçisi Tomas Homan "ABC"yə danışıb.
Onun sözlərinə görə, hərbi təyyarələrdən istifadə edərək qeyri-qanuni mühacirlərin deportasiyası daimi praktikaya çevriləcək.
Homan bildirib ki, beləliklə hər gün yüzlərlə insan ölkədən deportasiya ediləcək.