Münxendə Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanaraq yararsız hala düşüb.
Teleqraf.com Almaniya mətbuatına istinadla xəbər verir ki, yanğın vaxtında söndürülüb. Hazırda hadisənin səbəbləri araşdırlır.
Hüquq mühafizə orqanının əməkdaşları yanğının təxribat nəticəsində baş verə biləcəyini istisna etməyiblər. Hadisənin fevralda təşkil olunacaq Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmaması da ehtimal kimi nəzərdən keçirilir.
Yanğının son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törətmiş solçu ekstremistlər tərəfindən törədilə biləcəyi də ehtimal olunur.