Kazan və İjevsk hava limanlarında mülki təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.
Qeyd olunur ki, bu gün səhər saatlarında Rusiyanın iki respublikasının hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bir müddət sonra Kazan hava limanında məhdudiyyətlər aradan qaldırılıb.