2024-cü ildə ən çox istehlak kreditləşməsi reallaşdıran banklar bəlli olub.
Teleqraf.com xəbər verir ki, ötən il istehlak krediti portfelinin həcminə görə “Kapital Bank” ilk sırada yer alıb. Hesabat dövründə bank fiziki şəxslərə 2 milyard 939.44 milyon manat dəyərində istehlak krediti verib.
Maliyyə qurumunun aktivlərində istehlak kreditləri ilə bağlı dinamika 4.4% təşkil edib. “Kapital Bank” 2023-cü ilin eyni dövründə vətəndaşlara 2 milyard 353.6 milyon manat kredit vermişdi.
"Beynəlxalq Bank"ın istehlak krediti portfeli 1 milyard 798.7 milyon manata çatıb. 2023-cü illə müqayisədə istehlak kreditlərinin həcmi 428,6 milyon manat artıb.
Hesabat ilində “Unibank” 618.5 milyon, “Bank of Baku” 579.3 milyon, “Xalq Bank” isə 328.3 milyon manat istehlak krediti verib.