25 Yanvar 22:35
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hakimiyyəti ABŞ prezidenti Donald Tramp administrasiyasından İsrail vətəndaşı Arbel Yehudun azad edilməsi üçün kömək istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid məlumat verib.

"İsrail Tramp administrasiyasından xahiş edib ki, ABŞ Qətər və Misirdən HƏMAS-ı girov müqaviləsinin pozulmasını düzəltməyə və İsrail vətəndaşı Arbel Yehudu azad etməyə məcbur etsin", - Ravid adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirib.

Razılaşmanın şərtlərinə görə, Arbel Yehud yanvarın 25-i azad edilməli idi.


Müəllif: Arzu

Oxşar xəbərlər