26 Yanvar 00:39
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin Baş naziri Donald Tusku “Soros agenti” adlandıran macar həmkarı Peter Siyartoya sərt cavab verib.

Teleqraf.com-un xəbərinə görə, polşalı nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Peter, sən hər şeyi baş-ayaq edirsən. Corc Soros Donal Tuskun Oksforddakı kollecdə təhsil alması üçün pul ödəməyib, amma Viktor Orbanın pulunu ödəyib”, - R.Sikorski yazıb.

Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk macar həmkarı Viktor Orbanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacağı təqdirdə nəticələri ilə hədələyib.

Buna cavab olaraq Peter Siyarto Donald Tusku “Soros agenti” adlandırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər