25 Yanvar 12:18
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 00:05 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub: "1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində "VAZ 2106" markalı avtomobil ilə hərəkətdə olarkən əks hərəkətə daxil olub və qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşub. Nəticədə "VAZ 2106" nın sürücüsü və həmin avtomobildə olan sərnişinlər vəfat edib. Hadisə nəticəsində xəsarət alan sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov xəstəxanaya yerləşdirililmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər