“Bizim üçün ən vacibi qonşularımız olan Azərbaycan və Türkiyə ilə, daha sonra Ermənistanla yaxşı münasibətlər saxlamaqdır”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu “Vahid Neytral Gürcüstan” hərəkatının üzvü, siyasi ekspert Bidzina Giorqobiani “İmedi” telekanalının efirində yayımlanan “Gündəlik Xronika” proqramında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz yeni dünya düzəninin bir hissəsi olacaqsa, bu, ilk növbədə Gürcüstana təsir edəcək.
“Strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanın Gürcüstanla 33 il ərzində çox mehriban və yaxşı münasibətlər saxlaması bizim üçün xüsusilə vacibdir. Yeni dünya nizamı qurulandan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Qonşularımızla münasibətlər Gürcüstan üçün birinci prioritet olmalıdır, ondan sonra qlobal layihələr haqqında düşünməliyik”, - ekspert söyləyib.