"Yaponiya hakimiyyəti ABŞ lideri Donald Trampın Ukraynada atəşkəslə bağlı təklifinə qoşulmalıdır".
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı deyib.
Deputatın sözlərinə görə, Yaponiya G7-dən Ukrayna tərəfini silahla təmin etməyən yeganə ölkədir.
“Mən yanvarın 15-də baş nazir İşiba ilə görüşəndə ona dedim ki, Yaponiya Trampın atəşkəs təklifinə qoşulmalıdır".
O bildirib ki, baş nazir onun mövqeyi ilə razılaşıb və bunun ən yaxşı variant olacağını təsdiqləyib.