Xarici yardımın nəzərdən keçirilməsi çərçivəsində ABŞ beynəlxalq minalardan təmizləmə proqramlarının maliyyələşdirilməsini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə The New York Times yazıb.
Qəzetin məlumatına görə, müvafiq əmri humanitar təşkilatlara Dövlət Departamentinin Silahların Azaldılması və Minalardan Təmizlənməsi İdarəsinin rəhbəri Karen Çandler göndərib.
Onun müraciətinin mətninə əsasən, minatəmizləmə işləri dərhal dayandırılmalıdır.