Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı, general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da iştirak edib.
Xatırladaq ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir.