25 Yanvar 15:10
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı verdiyi bəyanatlar və Rusiyaya yönəlik çağırışları, onun münaqişə ilə bağlı konkret bir həlli olmadığını göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu İsveçrə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Jak Bod deyib.

"Tramp hər iki tərəfə ultimatum irəli sürdü ki, münaqişənin həlli üçün bir yol tapsınlar və bu da onun özünün bir həll variantı olmadığına işarə edir", — o qeyd edib.

Polkovnikin sözlərinə görə, ABŞ lideri Moskva və Kiyevin bir-biri ilə danışıqlar aparmasını, bununla da Vaşiqtonun tamamilə kənara çəkilməsini təmin etmək istəyir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər