25 Yanvar 01:57
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dərhal dayandırılmasını əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Dövlət Departamenti rəsmilərini şoka salan sərəncam, görünür, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi ilə bağlıdır ", - nəşr yazır.

Dövlət Departamentinin hazırkı rəsmisi, eləcə də keçmiş prezident Co Bayden administrasiyasının iki keçmiş rəsmisi nəşrə bildirib ki, bunun məqsədi Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə yardımı kəsmək məqsədi daşıyır.

Eyni zamanda, sənəddə Misir və İsrailə xaricdən hərbi maliyyələşdirmənin davam etdiriləcəyi bildirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər