Ukrayna prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampın Rusiyaya qarşı taktikasını yüksək qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, Zelenski Trampın bu taktikanı bəyəndiyini bildirib.
“O, Rusiya tərəfinə mümkün olan ən pis mesajı verir. Mənə elə gəlir ki, bu, taktikadır və bu gün mənim xoşuma gəlir”, - Zelenski qeyd edib.
O əlavə edib ki, Tramp münaqişəyə son qoymaq istəyini nümayiş etdirir, lakin bunun necə baş verəcəyi məlum deyil.