ABŞ administrasiyası insanların əməliyyat yolu ilə cinsiyyətlərini dəyişməsinə əngəl ola bilməyəcək.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov belə düşünür.
Onun fikrincə, vəziyyətə təsir göstərmək üçün başqa üsullar var.
Puşkov öz Telegram kanalında yazıb: "Belə çıxır ki, ABŞ-də transseksual "inqilaba" tez bir zamanda son qoymaq olar: bunun üçün cinsiyyətin dəyişməsi ilə bağlı müraciətlərə müsbət cavab verməmək və üçüncü cins anlayışından imtina etmək lazımdır".
Puşkovun fikrincə, hökumətin bu cür insanları doğuluşa əsasən ya kişi, ya da qadın hesab etmək hüququ var.
Rusiyalı siyasətçi hesab edir ki, uşaqlar üzərində transgender əməliyyatlarının həyata keçirilməsini qadağan etmək lazımdır.