27 Yanvar 12:49
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ-də səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, investisiya və iqtisadi əlaqələrin dərinləşməsinin müsbət dinamikası müzakirə olunub.

İ.Kobaxidze bildirib ki, Gürcüstan hökuməti BƏƏ-nin investisiyalarını və ən böyük şirkətlərinin Gürcüstana sərmayə yatırmaqda marağını alqışlayır. Bu kontekstdə “Abu Dhabi Ports Group”un 2025-ci ildə rəsmi açılışı planlaşdırılan Tbilisi quru limanı layihəsinə böyük sərmayə qoyduğu, eləcə də ən böyük developer şirkəti olan “EMAAR” ilə danışıqların uğurla başa çatması qeyd edilib.

Gürcüstan hökuməti strateji logistika və nəqliyyat layihələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün Əbu-Dabi Dövlət İnvestisiya Şirkəti ilə danışıqların davam etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər regiondakı vəziyyəti də müzakirə ediblər, sabitliyin xüsusi əhəmiyyətini vurğulayıblar. İ.Kobaxidze BƏƏ prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər