29 Yanvar 08:40
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı İŞİD döyüşçüləri ABŞ-nin Suriyaya yardımının azalması səbəbindən həbsxanalardan xilas ola bilərlər.

Teleqraf.com xəbər verir ki, "The Guardian"- a müsahibəsində terrorizmlə mübarizə üzrə ekspert Riçard Barret belə deyib.

Barret xatırladıb ki, Suriyanın şimal-şərqində 9 minədək İŞİD terrorçusu cəza çəkir. Onların saxlanıldığı həbsxanalar USAİD-in ayırdığı maliyyə hesabına fəaliyyət göstərir. ABŞ isə beynəlxalq inkişafla bağlı qurumun bütün layihələrini 90 günlük müddətə dayandırıb.

Son yarım ildə iki min nəfərə yaxın İŞİD tərəfdarı həbsxanadan qaçıb. Barret indi İŞİD-çilərin həbsxanalardan kütləvi qaçışlar təşkil edəcəklərindən narahatdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər