Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Velika Novosilka qəsəbəsini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Bundan başqa, ruslar Pişçanı, Nadivka, Andrivka və Baranivka yaxınlığında irəliləyiblər.
Həmçinin mənbə qeyd edir ki, Rusiyanın hücumunun intensivliyi zəifləməyə başlayıb. Rusiya hücumlarının zirvəsi dekabrın ikinci yarısında qeydə alınıb və sonra nisbi azalma olub.
“İlin əvvəlindən zəifləyən hücumların yüksək intensivliyini saxlamağa çalışırlar. Düşmən çoxlu itki verir, amma bu, onun öz döyüş qabiliyyətini nisbətən tez bərpa etməsinə mane olmur”, - məlumatda deyilir.