Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Teleqraf.com xəbər verir ki, proses 08:00-da start götürüb.
Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun inzibati binasında mətbuat konfransı keçirib, hazırlıq prosesi və seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.
Vurğulanıb ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.
Həmçinin seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparır və onlardan 8 504 nəfəri 24 siyasi partiyanın üzvüdür.
Qeyd olunub ki, Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər nəfər səsvermə hüququna malikdir.
Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.
Proses saat 19:00-da bitəcək.
Əlavə edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.