29 Yanvar 07:33
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin amerikalı jurnalist Taker Karlsonun açıqlamalarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Karlson ABŞ Prezidenti Co Bayden administrasiyasını Rusiya dövlət başıçısına qarşı sui-qəsd cəhdində ittiham etmişdi.

Volodin öz "Telegram" kanalında yazıb ki, Bayden və administrasiyasının bu xəbərə münasibət bildirməməsi qəribədir.

Spiker qeyd edib: "Putinə sui-qəsdin hazırlanması da, bu məsələnin müzakirəsinin özü də cinayətdir. Bu, qlobal təhlükəsizliyə qarşı ciddi təhlükədir".

Volodin sözügedən açıqlamanın nüvə müharibəsinin başlanmasına xidmət edə biləcəyini də vurğulayıb. O deyib ki, beynəlxalq təşkilatların bu mövzuda araşdırma aparması vacibdir.

Spikerin sözlərinə görə, amerikalı jurnalistin açıqlamalarını qulaqardına vurmaq olmaz: "Karlsonun səsləndirdiyi fikirlər ciddi araşdırılmalıdır. Bayden və Blinken isə məsuliyyətə cəlb edilməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər