İspaniya La Liqa təmsilçisi “Barselona” La Liqanın XXXV turunda "Real Madrid"lə El Klasikonu İngiltərədə keçirmək istəyir.
Teleqraf.com “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, səbəb “Kamp Nou” stadionunda təmir işlərinin başa çatdırılmamasıdır.
Mümkün variantlardan biri 90 mindən çox tamaşaçı tutumuna malik, Avropada “Kamp Nou”dan sonra ikinci yerdə qərarlaşan İngiltərənin “Uembli” stadionudur.
"Barselona" azarkeşlərinin qəlbində bu stadionun özəl yeri var. Kataloniya təmsilçisi "Uembli"də 1992-ci ildə Çempionlar Kubokunu qazanıb, 2011-ci ildə isə finalda "Mançester Yunayted"i yenərək, Çempionlar Liqasının qalibi olub.
İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyi kataloniyalıların qərarını dəstəkləyib.
Qeyd edək ki, "Barselona" - "Real Madrid" matçı mayın 11-də olacaq.