Birləşmiş Ştatlar administrasiyası Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətini uzatmasını təqdir edir.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Aİ-nin diplomatik rəhbəri Kaya Kallasla telefon söhbətində belə deyib.
Bundan başqa, tərəflər Vaşinqtonla Brüsselin əməkdaşlığının möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Rubio eyni zamanda Avropa ölkələrini hərbi xərcləri iki dəfə artırmağa çağırıb.