27 Yanvar 15:53
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da Gürcüstan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması məsələsi müzakirələrsiz qəbul ediləcək.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bununla bağlı AŞPA üzvü Boriana Oberqin irəli sürdüyü təşəbbüs dəstəklənib.

Məsələ Assambleyanın Monitorinq komitəsinə təqdim olunub və qərar 24 saat ərzində qəbul ediləcək.

Qeyd edək ki, bu gün Strasburqda AŞPA-nın qış sessiyası açılıb. Yanvarın 5-də Gürcüstanın üç müxalif birliyi ölkənin nümayəndə heyətinin AŞPA-dakı mandatının dayandırılması tələbi ilə qurumun rəhbərliyinə məktub ünvanlayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər