15:58
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon icra hakimiyyəti 24-30 yanvar tarixlərində Aİ-95 markalı benzinin alışına 9600 manat xərcləyib.

Teleqraf.com xəbər verir ki, qurum bununla bağlı "Azpetrol LTD" MMC şirkəti ilə tender müqaviləsi imzalayıb. Cəmi 1 həftə ərzində yanacağın alınmasına 9600 manat ödənilib.

Qeyd edək ki, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalı üzərindən həyata keçirilmədiyindən alınan benzinin həcmi ilə bağlı məlumatlar açıqlanmayıb.

Onu da bildirək ki, Aİ-95 markalı benzinin satış qiyməti 1 manat 60 qəpik təşkil edir. Bu ilin əvvəlindən bu benzin növü 0,01 faiz ucuzlaşıb.

Statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Aİ-95 markalı benzinin litri ölkəyə 1 manat 23 qəpikdən idxal edilib.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər