11:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın 17 yaşlı ispaniyalı futbolçusu Lamin Yamal iyulun 13-ü klubla müqaviləni uzadacaq.

Teleqraf.com xəbər verir ki, İspaniya millisi ilə Avropa çempionu olan Yamal 18 yaşı tamam olan gün Kataloniya klubu ilə 7-8 milyon avroluq yeni sözləşmə imzalayacaq.

Bu o deməkdir ki, gənc yarımmüdafiəçinin qazancı Frenki de Yonqdan sonra heyətdə hamıdan çox olacaq.

Daha əvvəl "Barselona"nı 17 yaşlı futbolçuya çox maaş təklif etməkdən ehtiyatlandığı xəbəri yayılmışdı.

Qeyd edək ki, Yamalın İspaniya təmsilçisilə 2026-cı ilə qədər qüvvədə olan hazırkı müqaviləsi 2023-cü ilin oktyabrında imzalanıb.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər