16:33
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən Ermənistana silahlılar gəlməyəcək, bu, məsləhət işi ola bilər. Amma biz həm də bu əməkdaşlıqda tərəfdaşlarımızın maraqlarını nəzərə almışıq və almağa davam edirik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ ilə strateji əməkdaşlıq çərçivəsində Amerikadan erməni sərhədçilərinə dəstək qrupunun nə vaxt gələcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz müxtəlif sahələrdə, o cümlədən müxtəlif dövlət strukturlarımızın islahatları və potensialının inkişafı sahəsində əməkdaşlıq edirik və münasibətlərimizi tarazlaşdırır və şaxələndiririk”, - Paşinyan bildirib.

Ermənistan baş naziri ABŞ qrupunun ermənilərə məslhət verəcəyini iddia edib.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Müqavilə çərçivəsində fevralda ABŞ-dən Ermənistana gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə qrupun göndəriləcəyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər