08:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan aparılan danışıqlar "çox təhlükəli" ola bilər.

Teleqraf.com xəbər verir ki, o, Donald Trampın Rusiya lideri Vladimir Putini danışıqlara məcbur edə biləcəyini deyib.

Zelenski vurğulayıb ki, Ukrayna bu proseslərdə iştirak etməlidir, əks halda bu, ümumi təhlükəyə çevrilə bilər.

O, Tramp administrasiyası ilə əlaqələrin davam etdiyini və tezliklə daha ətraflı müzakirələr üçün şəxsi görüşlər keçirməyi ümid etdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər