2 Fevral 23:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə magistral yolu bağlamağa çalışan etirazçılar parlament binasına doğru hərəkət ediblər.

Teleqraf.com xəbər verir ki, gün ərzində etirazçılar yolu bağlamaq üçün bir neçə dəfə cəhd etsələr də, polis buna imkan verməyib. Polislə qarşıdurma yaranıb və bir neçə nəfər saxlanılıb.

Daha sonra etirazçılar bir neçə kilometrlik yürüş edərək gündəlik aksiyaların keçirildiyi parlament binasına gediblər. Parlamentin yerləşdiyi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Fevralın 2-də Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib ki, şimaldan Tbilisiyə gedən yol beynəlxalq əhəmiyyətli strateji magistraldır və onun bağlanması cinayət cəzası ilə nəticələnəcək.

Noyabrın 28-də Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin ölkə hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dondurduğunu bəyan etməsindən sonra başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər