18:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS hərəkatının sədr müavini Musa Əbu-Mərzukun başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Moskvaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə nümayəndə heyətindəki mənbə bildirib.

Agentliyin mənbəsinin məlumatına görə, HƏMAS üzvlərinin Rusiya Xarici İşlər Nazirliyində danışıqları planlaşdırılıb .

Qeyd edək ki, HƏMAS hələ də iki Rusiya vətəndaşını - Aleksandr Trufanov və Maksim Xarkini girov saxlayır. Yanvarın 24-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuq ilə Qəzza zolağında saxlanılan rusların taleyini müzakirə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər