Kanadanın Britaniya Kolumbiyası əyaləti ABŞ-dən spirtli içki ixalını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə regionun baş naziri David Ebi bildirib .
Onun sözlərinə görə, ABŞ-nin bir sıra ştatlarından gələn spirtli içkilər yerli mağazaların piştaxtalarından yığışdırılacaq.
Ebi həmçinin ABŞ prezidenti Donald Trampın Kanada idxalına tariflər tətbiq etməsini tənqid edərək, bu qərarı “Kanada ilə ABŞ arasında uzun müddətdir mövcud olan münasibətlərə xəyanət” adlandırıb. O, əyalətin "görünməmiş hücum" qarşısında möhkəm dayanacağını bildirib.
Fevralın 2-də ABŞ prezidentinin Meksika , Kanada və Çindən gələn mallara rüsumların tətbiqi ilə bağlı sərəncam imzalayıb.