Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin Vergi Müfəttişliyi Şurası (VDK) tərəfindən sənət adamları və qurumları arasında aparılan yoxlamada 150 nəfərin gəlirləri ilə bəyannamələri arasında uyğunsuzluq aşkar edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində bir aktyorun bir ildə 100 milyon lirədən çox qazancı vergidən yayındırması aşkar olunub.
İlkin baxışdan sonra sənətçilərin 2024-cü il üçün gəlir və ya korporativ vergi bəyannamələri də təhlil ediləcək.