Professor Nizaməddin Şəmsizadənin son durumu açıqlanıb.
Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, 23 yanvar 2025-ci il tarixində saat 01:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin (kişi cinsli) vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Professorun qızı Ayfər Feyziyeva bir müddət öncə sosial şəbəkədə atası ilə bağlı bunları yazıb.
"Dərdimi içimə atıb, sakitcə çəkilib kənarda gözləyirəm. Bilirəm, bir gün valideynlərimiz bizi tərk etməlidir. Amma yenə də iynə ucu boyda da olsa ümid edirəm..."
Qeyd edək ki, həkimlər tərəfindən sepsis diaqnozu qoyulan Nizaməddin Şəmsizadə hazırda süni nəfəs aparatına qoşulub.