İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin Cenin şəhərində silahlıların hərbi məqsədlər üçün istifadə etdiyi bir neçə binanı partladıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hücum İordan çayının qərb sahilinin şimalında yanvarın 21-dən bəri davam edən antiterror əməliyyatı çərçivəsində həyata keçirilib.
Fevralın 2-də İDF sözçüsü bildirib ki, İDF İordan çayının qərb sahilindəki antiterror əməliyyatını daha beş şəhərə qədər genişləndirib.