Avropa gələcəkdə Rusiya ilə barışmanın zəruriliyini dərk edir.
Teleqraf.com xəbər verir ki, bunu İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares “El Diario” qəzetinə müsahibəsində deyib.
“Biz hamımız başa düşürük ki, bir gün sülh bərpa olunacaq. Ona görə biz Rusiya ilə münasibətləri bərpa etməliyik”, - Albares bildirib. Onun sözlərinə görə, barışıq dövlətlərin suveren bərabərliyi və qarşılıqlı hörmət əsasında baş tutmalıdır.
“Biz hazırda Berlin divarının yıxıldığı dövrə çox oxşar zamana tuş gəlmişik. Qarşıdakı onilliklərdə hara gedəcəyimizə qərar verməli olduğumuz bir anla üz-üzəyik”, - İspaniyalı nazir əlavə edib.