Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün Ər -Riyada edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi olan SPA məlumat yayıb .
“Əş-Şaraa bazar günü səhər ilk xarici səfəri ilə Səudiyyə Ərəbistanına gəlib. Onu xarici işlər naziri Əsəd əş-Şibani müşayiət edir”, - deyə agentlik məlumat yayıb.
İclasın məzmunu ilə bağlı məlumat hələ də məlum deyil.