15:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

14.06.2024-cü il təvəllüdlü şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, müayinələr nəticəsində ona hər iki yuxarı ətrafın, qarın nahiyəsinin və sağ aşağı ətrafın 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, Şamaxıda üzərinə qaynar su tökülən 8 aylıq körpə ilə bağlı ilk xəbəri "Apa" yayıb.

TƏBİB-dən o da bildirilib ki, 01.02.2025-ci il tarixində saat 15:50 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daha bir xəstə komatoz vəziyyətdə hospitalizasiya edilib.

2016-cı il təvəllüdlü şəxs (kişi cinsli) xəstəyə nazoqastral mədə zondla yuyulma və ilkin reanimasiya tədbirləri göstərilib.

"Müayinə nəticəsində ona dəqiqləşdirilməmiş maddənin toksik təsiri və dəqiqləşdirilməmiş koma diaqnozları qoyulub. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər