17:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Baydenin prezidentliyinin son günlərində narkotik cəzalarını kütləvi şəkildə dəyişdirməsi ABŞ Ədliyyə Nazirliyində kəskin tənqid və narazılıq yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin Ədliyyə Departamentindəki mənbələri iddia edir ki, Baydenin əfv və cəzaların yüngülləşdirilməsi sayına görə rekord vurmaq cəhdi “Ədliyyə Departamentində qəzəb və çaşqınlığa” ardınca isə “Ağ Evdə xaotik prosesə” səbəb olub.

Şöbə prezidentin Ədliyyə Nazirliyinin fikrincə, bu cür yumşaqlığa layiq olmayan xeyli sayda ciddi cinayəti olan şəxsləri əfv etməsindən narahatlığını ifadə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər