Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya idmançı kimi fəaliyyətini yekunlaşdırdı.
Teleqraf.com xəbər verir ki, Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu.
Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir.