19:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uppsala Universitetinin arxeoloqları Hedensted (Danimarka) yaxınlığında Roma dəbilqəsinin unikal qalıqlarını aşkar ediblər.

Teleqraf.com “Arkeonews” portalına istindən xəbər verir ki, bu Danimarkada tapılan 4-cü əsrə aid ilk və ən qədim Roma dəbilqəsidir.

Qazıntılar zamanı çoxlu sayda silah və hərbi əşyalar, o cümlədən 119 nizə və çəngəl, səkkiz qılınc, beş bıçaq, üç ox ucu, balta, at cilovu, zəncirli zərb və bir çox başqa metal artefaktlar tapılıb.

Bütün bu əşyalar, o cümlədən dəbilqənin bir hissəsi olan iki dəmir qalxan 2024-cü ilin noyabrında aşkar edilib.

X-ray müayinələri dəmir lövhələrin həqiqətən də Roma dəbilqəsinin bir hissəsinə aid olduğunu göstərib. Qalxan "S" hərfinə bənzəyən tərs qıvrımlarla bəzədilib. Dəbilqənin tacı (yuxarı hissəsi) isə tapılmayıb.

Tədqiqatçılar ehtimal edirlər ki, Roma dəbilqəsi skandinaviyalılar döyüşdə qalib gəldikdən sonra məhv edilib və onun hissələri döyüşçülər arasında paylanıb.

Alimlər deyirlər ki, Roma dəbilqələri Skandinaviyada olduqca nadirdir. Təsvir edilən tapıntının bölgənin arxeoloji qazıntılarında analoqu yoxdur. Oxşar tapıntılara yalnız Almaniyanın şimalında və İsveçdə rast gəlinir . Tədqiqatçılar həmçinin qeyd ediblər ki, tapılan bəzi artefaktlar, o cümlədən dəbilqə hissələri Vejledəki mədəniyyət muzeyində sərgilənəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər