20:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XXI tura yekun yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turun son oyununda “Zirə” evdə “Qarabağ”a qalib gəlib - 3:2.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 20-ci dəqiqədə qonaqların futbolçusu Aleksey Kaşuk vurub. 42-ci dəqiqədə Patrik Andradenin ikinci qolu ilə ağdamlılar fasiləyə üstün yollanıb. Ev sahiblərinin futbolçusu Salifu Suma 56-cı dəqiqədə fərqi azaldıb, daha sonra görüşün 67-ci dəqiqəsində ikinci qolunu vurub. 90+5-ci dəqiqədə qələbə qolunu David Volkov vurub.

Beləliklə “Zirə” xal ehtiyyatını 39-a çatdıraraq 2-ci pillə ilə fərqi 4-ə endirib. “Qarabağ” isə 50 xalla liderdir.

Qeyd edək ki, srağagün keçirilən matçlarda "Neftçi" "Şamaxı"nı (1:0), "Kəpəz" "Sabah"ı (3:2) məğlub edib. Dünən isə "Turan Tovuz" "Səbail"lə (1:1), "Sumqayıt" "Araz-Naxçıvan"la (0:0) "sülh"ə razılaşıb.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər